"Barselona"nın yetirməsi "Qarabağ"da oynamaqdan imtina edib

"Barselona"nın yetirməsi "Qarabağ"da oynamaqdan imtina edib

21 Avqust 2018 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Belçikanın "Gent" klubunun futbolçusu Mamadu Silla Diallo Azərbaycanda oynamaqdan imtina edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 24 yaşlı hücumçu özü məlumat verib. Diallo bildirib ki, "Qarabağ" onunla maraqlanıb. Ancaq seneqallı oyunçu Ağdam klubunda oynamaq istəməyib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Diallo Belçikanın digər təmsilçisi "Zulte Vareqem"ə transfer olub