17 yaşlı qızı 4 kişi qaçırtdı
Bakıda 17 yaşlı qızı qaçıran 4 nəfər tutulub.
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Cəmanət Şamil qızı Quluzadə anası, 1965-cı il təvəllüdlü Gülbəniz Məlik qızı ilə mağazaya gedərkən 4 nəfər naməlum şəxslər tərəfindən zorla avtomobillə mindirilərək hadisə yerindən uzaqlaşdırılıb. Naməlum şəxslər qızına kömək edən G. Quliyevaya xəsarət yetiriblər. Qaradağ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Vəliyət Ağakişi oğlu Lələyev, 1993-cü il təvəllüdlü Nicat Rəşid oğlu Kərimov, həmyaşıdları Nurlan Hidayət oğlu Həsənov və Fərid Vaqif oğlu Kərimov "99-BU 229" dövlət nömrə nişanlı "OPEL" markalı avtomobildə tutulublar. Faktla bağlı araşdırma aparılır.
O.M.