Atadan oğula böyrək köçürülüb

Atadan oğula böyrək köçürülüb

5 Mart 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) daha bir uğurlu orqan transplantasiyası əməliyyatı həyata keçirilib. Xəstəxanadan verilən məlumata görə, bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini, 1991-ci il təvəllüdlü İsmayıl Cəfər oğlu İsmayıllı MNX-nə ağır vəziyyətdə müraciət edib.

Həkim-nefroloq Elnur Fərəcov xəstəni müayinə edərək, onda böyrək çatışmazlığının son mərhələsi olduğu üçün hemodializə ehtiyac yarandığını məsləhət görüb: "Lakin İsmayıl üçün tez bir zamanda donor tapıldığından, əvəzedici böyrək terapiyası - hemodializə ehtiyac qalmadı və böyrək transplantasiyası üzrə əməliyyata hazırlıq prosesinə başlanıldı. Xəstənin atası Cəfər İsmayılov lazımi müayinələrdən keçərək, müvafiq donor kimi seçildi və əməliyyat təyin edildi. Əməliyyat Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah mütəxəssisləri tərəfindən uğurla icra olundu. Hazırda xəstənin vəziyyəti normaldır. Xəstə Novruz bayramı günlərinə kimi evə buraxılacaq".

.