Xoşqədəm Hidayətqızı Suriyada yaralandı
ATV-də yayımlanan populyar "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Suriyada vurulub.
Bu barədə xəbəri telejurnalistin özünə yaxınlığı ilə seçilən "Xeberdar.az" saytı etibarlı mənbəyə istinadla yayıb.
Xəbərdə bildirilir ki, Xoşqədəm Hidayətqızı bu dəqiqələrdə Suriyadan "Səni axtarıram" verlişinin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı bir neçə axtarışın sonucu ilə bağlı verlişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına "vurulduq" deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan aparıcı "yaralandım" sözünü də işlədib.
Qeyd edək ki, mənbənin bildirdiyinə görə, teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də, mətbuata çıxmaması üçün gizli saxlanılır.
Mediainfo.az