
Paytaxtda dəhşətli intihar
İyunun 6-da, axşam saatlarında paytaxtda dəhşətli intihar hadisəsi qeydə alınıb. Hadisə Qara Qarayev prospektində baş verib. Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 30 yaşlı İslam Allahyarov 17 mərtəbəli binanın damından özünü atıb. İ. Allahyarov yerindəcə dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər