
Doğuşdan çıxan anasını görmək istədi, tələsdiyindən pilləkəndən yıxıldı
Sentyabrın 30-u saat 21:30 radələrində Balakən rayonu Katex kənd sakini, 2002-ci il təvəllüdlü Həbibullah Mirlav oğlu İsayev Zaqatala MRX-nın ikinci mərtəbəsinə qalxarkən pilləkəndən yıxılıb. Ağır qapalı kəllə-beyin travması alan yeniyetmə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, H. İsayevin anası 2 gün əvvəl həmin xəstəxanada qeyseriyyə əməliyyatı yolu ilə uşaq dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər