
Saatlıda piyada vuruldu
Saatlı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Sultanbəyli kəndində qeydə alınıb. Rayon sakini Eynulla Eynullayev idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçən rayon sakini Əliş Azadovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Azadov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər