
Narkotacir qadınlara cəza istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindən narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nərgiz Cəfərova, Güllü Atakişiyeva və Elçin Mehdiyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək Nərgiz Cəfərovanın 10 il 6 ay, Güllü Atakişiyevanın 9 il 6 ay, Elçin Mehdiyev isə 6 il 6 ay müddətinə azadlıq məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri isə müdafiə etdikləri şəxslərə yüngül cəza verilməsini xahiş ediblər.
Məhkəmə prosesi oktyabrın 21-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər MTN əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham olunurlar.
Mediainfo.az