Mənzildən meyit tapılıb

Mənzildən meyit tapılıb

2 Fevral 2016 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyi saytının verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə İqnatiyev Aleksandrın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və A.İqnatiyevin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Mediainfo.az