Səngəçal qəsəbəsində maşın dayanağa çırpılıb: ölən və yaralanan var
Bakı-Qazax yolunun 43-cü kilometrliyində, Səngəçal qəsəbəsi ərazisində avtoqəza qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Aydın oğlu Ələkbərov idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı avtobus dayanacağına çırpıb. Nəticədə avtomobildə olan 1961-ci il təvəllüdlü Əsgər Cəlal oğlu Əliyev hadisə yerində ölüb. Sürücü və digər sərnişini, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Şəhmil oğlu Çerçiyev xəstəxanaya yerləşdiriliblər. İ. Çerçiyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. V. Ələkbərovun vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Mediainfo.az
Digər xəbərlər