Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib

3 Aprel 2017 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (FHN)

Mediainfo.az