Bakı şəhər Baş Polis İdarəsinin iki yüksək rütbəli əməkdaşı işdən çıxarıldı

Bakı şəhər Baş Polis İdarəsinin iki yüksək rütbəli əməkdaşı işdən çıxarıldı

14 May 2012 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin iki yüksək rütbəli əməkdaşı işdən çıxarılıb. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis polkovniki İlqar Əzimov və həmin idarənin şöbə rəisi Asim Abdullayev tutduqları vəzifədən azad olunublar. Polis zabitlərinin işdən çıxarılmaları xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlarla əlaqəlidir.

O.M.