Bakı sakini avtomobildən benzin çəkərkən ağzında olan siqaret yanğına səbəb oldu

Bakı sakini avtomobildən benzin çəkərkən ağzında olan siqaret yanğına səbəb oldu

8 Fevral 2013 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, fevralın 8-də Abşeron rayonunda ehtiyatsızlıq ucbatından qəza baş verib. Hökməli qəsəbə sakini Nəcəf Mirbabayev avtomobilindən benzin çəkərkən ağzında olan siqaretdən yanğın alovlanıb. Yanıq xəsarəti almış N.Mirbabayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

O.M.