Ər arvadını qəbiristanlıqda güllələdi
29 yaşlı gəlin yerindəcə keçinib
Bakıda ər arvadını qəbiristanlıqda qətlə yetirib.
Suraxanı Rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə Babək prospektində yerləşən qəbiristanlıqda qeydə alınıb.1980-ci il təvəllüdlü Rövşən Sabir oğlu Mehdiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmilə Fərrux qızı Mehdiyevanı tüfəngdən açdığı atəş nəticəsində qətlə yetirib.Hadisədən sonra R. Mehdiyev polisə təslim olub.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər