Ata 2 yaşlı qızını balışla boğaraq öldürdü
Dəhşətli olay Qəbələdə yaşanıb
Azərbaycanda dəhşətli qətl törədilib.
Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 3-də Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı, 2012-ci il təvəllüdlü Mədinəni balışla boğaraq öldürüb. Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G. Ələsgərov tutulub.Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Digər xəbərlər