Əmircanda naməlum sürücü piyadanı vuraraq öldürdü

Əmircanda naməlum sürücü piyadanı vuraraq öldürdü

9 Oktyabr 2014 08:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Apa-nın məlumatına görə, piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Yüksək sürətlə hərəkətdə olan naməlum minik avtomobili yolun kənarı ilə evinə gedən qəsəbə sakini 42 yaşlı Elşən Hüseynbala oğlu Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən sürücü isə qaçıb. Mərhumun ögey oğlu Röyal Mehdiyev hadisə baş verən zaman atasının yanında olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az