Ceyhunu bıçaqlayıb öldürən şəxslərin məhkəməsi sabah davam etdiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən Yusif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək K.Knyazlının 10 il, Y. Məhərrəmovun isə 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses sabah davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 30-da metronun "Xətai" stansiyası yaxınlığında baş verib. Hadisə zamanı Ceyhun Maqsudova bıçaqla xəsarət yetirilib.
Faktla Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanıb. C. Maqsudov isə bıçaqlandıqdan 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan K. Knyazlı və Y. Məhərrəmov saxlanılıb.
Mediainfo.az