Sutenyorluqda ittiham olunan Beynəlxalq Valyuta Fondunun rəhbərini 10 il iş gözləyir

Sutenyorluqda ittiham olunan Beynəlxalq Valyuta Fondunun rəhbərini 10 il iş gözləyir

3 Fevral 2015 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Karlton" oteli işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cinayət qruplaşmasının 14 üzvü, o cümlədən Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Stross-Kanın sutenyorluqda ittiham olunur. D. Stross-Kanı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

BVF-in sabiq rəhbəri Fransa, Böyük Britaniya və ABŞ-da nüfuzlu müştərilərin seksual tələbatının ödənilməsinə xidmət edən beynəlxalq şəbəkənin yaradılmasında ittiham olunur. Şəbəkənin mərkəzi Fransanın Lill şəhərində olub.

Mediainfo.az