Naftalanda törədilmiş qətlin üstü açıldı

Naftalanda törədilmiş qətlin üstü açıldı

1 Sentyabr 2015 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Naftalan şəhərində törədilmiş qətlin üstü açılıb. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Naftalan şəhərində şəhər sakini Elşən Bayramovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş şəxsin kimliyi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Bəhram Bayramov tutulub.

Araşdırmalar davam etdirilir.

Mediainfo.az