Cəlilabad sakini arvadını və oğlunu bıçaqlayıb

Cəlilabad sakini arvadını və oğlunu bıçaqlayıb

27 İyul 2011 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Kazımabad kəndində cinayət hadisəsi törədilib. Kənd sakini, 1953-cü il təvəllüdlü Əzim İsbat oğlu Abdullayev ailə münaqişəsi zəminində arvadı, 1958-ci il təvəllüdlü Gülşən Ədil qızı Abdullayevaya və oğlu, 1977-ci il təvəllüdlü Elçin Abdullayevə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri stabildir. Hadisəni törətmiş Ə.Abdullayev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Bıçaq adi məişət əşyası olsa da, hərdən qeyri-dinc məqsədlərlə istifadə olunur.

Tofiq Əliyev

O.M.