Rusiyada keçirilən əməliyyatda azərbaycanlı da tututlub
Rusiyanın Sverdlovsk vilayətində "Axtarış" dövlətlərarası əməliyyatı zamanı cinayət törətməkdə şübhəli bilinən 250 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin məlumatında bildirilir.
Saxlanılanlar arasında beynəlxalq axtarışda olan 9 MDB ölkəsi vətəndaşı, o cümlədən bir azərbaycanlı da var. Əməliyyatçılar tərəfindən tutulan Azərbaycan vətəndaşı sağlamlığa qəsdən yüngül xəsarət yetirməkdə şübhəli bilinir.
Əməliyyat 16-17 mart tarixlərində aparılıb.
Mediainfo.az
Digər xəbərlər