Abşeronda 3 gün əvvəl dörd nəfəri vurub qaçan sürücü tutulub
Abşeron rayonunda 3 gün əvvəl ağır qəza törədən sürücü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, iyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib. Piyadalar xəstəxanaya yerləşdiriliblər.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub.
Mediainfo.az
Digər xəbərlər