Bıçaqlanan da, bıçaqlayan da aradan çıxıb - ŞAMAXIDA
Ötən gecə Şamaxıda rayon sakini, 1980-ci il təvəllüdlü Piriyev Əkbər İsa oğlunu tanışı Amil adlı şəxs bıçaqlayıb. Qarın boşluğundan xəsarət alan Əkbər Piriyev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Əkbər Piriyev gecə saatlarında həkimlərdən icazəsiz xəstəxanadan qaçaraq naməlum istiqamətə gedib. Hadisəni törədən Amil də qaçaraq istintaqdan yayınıb. Hazırda polis əməkdaşları hər iki şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Aqil M.
Digər xəbərlər