![Almaniyada silahlı şəxs banka hücum edib](http://oxumeni.az/media/news/2017/04/photo_62962.jpg)
Almaniyada silahlı şəxs banka hücum edib
Almaniyanın Baden-Vürtemberq federal torpağındakı Valdshute şəhərində silahlı şəxs banka hücum edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bina polis tərəfindən mühasirəyə alınıb.
Polisin məlumatına görə, binanın içərisindən atışma səsləri gəlir. Həmçinin bankın 2 əməkdaşının yardımçı otaqda gizləndiyi bildirilib.
Hücum edən şəxsin girov götürüb-götürmədiyi hələlik bəlli deyil.
Mediainfo.az
Digər xəbərlər