Daha bir “mamaroza” məhkəmə qarşısına çıxarılır

Daha bir “mamaroza” məhkəmə qarşısına çıxarılır

24 May 2017 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Samir Əliyev sədrlik edib. Təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 31-ə təyin edilib.

İttihama görə, S.Zamanova qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilir. O, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, barəsində cinayət işi başlanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, S.Zamanova barəsində istintaq zamanı başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Mediainfo.az