Borc pul üstündə qətl hadisəsi baş verib - YEVLAXDA
Yevlax rayonu, Xaldan qəsəbəsi, Ərik bağı deyilən ərazidə 1949-cu il təvəllüdlü Azər Knyaz oğlu Həmidov münaqişə zəminində tanışı, 1973-cü il təvəllüdlü Qorxmaz Sirac oğlu Bəşirovu bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, hadisə borc pul üstündə baş verib. Qətli törədən şəxs tutulub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər