Ağdaşda molla mollanı maşınla vurub öldürdü
Ağdaş Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Yuxarı Ləki kənd sakini, 1968-ci il təvəllüdlü Mehdiyev Vidadi Zeynal oğlu noyabrın 23-də yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Vidadi Mehdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Ağdaş RPŞ tərəfindən qəzanı törətmiş avtomobilin və sürücünün müəyyənləşdirilməsi üzrə əməliyyat-axtarış tədbirləri keçirilib və qəza törətmiş şəxs bu gün tutularaq istintaqa təhvil verilib.
Hadisənin Ucar rayonun Məlikballı kənd sakini, 1957-ci il təvəllüdlü Mayılov
Ağanəzər Şəmən oğlunun idarə etdiyi 10 LF 388 dövlət nömrə nişanlı, "VAZ-2106"
markalı maşınla törədildiyi müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma
aparılır.
Məlumata görə sürücü A. Mayılov və piyada V. Mehdiyev yaşadıqları kəndlərin
mollalarıdır.
O.M.






































































.jpg)
.jpg)
.jpg)





















