Dənizkənarı Bulvarda intihara cəhd oldu
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Bulvarın ərazisində (xilasetmə məntəqəsindən 1500 m məsafədə) 1 nəfər özünü dənizə atmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşlar. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:25-də başa çatmışdır.
O.M.
Digər xəbərlər