Türkiyəli jurnalistlər "Ana harayı" abidəsini ziyarət ediblər

Türkiyəli jurnalistlər "Ana harayı" abidəsini ziyarət ediblər

29 Dekabr 2014 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə "Qarabağdan Anadoluya könül körpüsü" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalist "Ana harayı" abidəsini ziyarət edib. Q. Paşayeva 22 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və vandalizm aktları barədə geniş bilgi verib.

Türkiyəli qonaqlar Xocalı sakinləri, fəalları, Xocalıdan millət vəkili Elman Məmmədovla da görüşüblər. Jurnalistlərə Xocalı soyqırımı, erməni vandalizmi barədə geniş məlumatlar verilib. Türkiyə KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvləri ermənilərin törətdiyi bu cür vandalizm aktlarını , soyqırımı kəskin qınayaraq bu günə qədər olduğu kimi, bundan sonra da Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacaqlarını, Azərbaycanın haqlı mövqeyinin daha geniş yayılmasında səylərini daha da artıracaqlarını deyiblər.

Mediainfo.az