Metronun daha bir stansiyası bağlanır

Metronun daha bir stansiyası bağlanır

28 Dekabr 2017 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

Mediainfo.az-ın məlumatına görə, bu barədə Axşam.az-a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O xatırladıb ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib: "Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə "Xətai" stansiyasını təmirə bağlayaq".

N.Paşayev bildirib ki, hazırda "Sahil" stansyasında təmir işləri davam etdirilir: "Böyük ehtimalla "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" stansiyasını təmirə saxlaya bilərik".