30 milyon zəvvar eyni anda Həcc ziyarətinə gedə biləcək

30 milyon zəvvar eyni anda Həcc ziyarətinə gedə biləcək

29 Dekabr 2017 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarəti zamanı Məkkədə 30 milyon nəfəri qarşılaya bilmək üçün yeni layihələr hazırlayıb.

Bununla bağlı Ciddə şəhərində konfrans təşkil edilib. Layihədə 2030-cu ilədək Məkkədə abadlaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Bu məqsədlə Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su, xətlərində və tibb məntəqələrində yenidənqurma işlərinin həyata keçirilməsi, otellərin sayının artırılması, Ciddə şəhərindəki hava limanının böyüdülməsi planlaşdırılır. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti zamanı təxminən 5 milyon, Həcc ziyarəti zamanı 2 milyon zəvvarı eyni anda qəbul edə bilir. apa