Məşhur fizik Stiven Hokinq 76 yaşında vəfat edib

Məşhur fizik Stiven Hokinq 76 yaşında vəfat edib

14 Mart 2018 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyaca məşhur ingilis fiziki Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

Bu barədə fizikin ailəsi məlumat verib. Hokinqin övladları bildirib ki, o, gecə saatlarında ölüb.

Qeyd edək ki, o Hokinq nəzəriyyəsi ilə məşhur olub. Bu nəzəriyyəyə görə, kainat genişlənməkdə davam edir. S.Hokinq tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirib. Onun fikrinə görə dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir.