Keçmiş baş nazirin evindən çantalarla dollar çıxdı

Keçmiş baş nazirin evindən çantalarla dollar çıxdı

18 May 2018 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Malayziya polisi keçmiş baş nazir Najib Razakın evinə basqın edilib.

"Ölkə.Az" xəbər verir ki, basqın korrupsiya istintaqı çərçivəsində aparılıb. Evlərdən içərisində lüks məhsullar, bahalı əşyalar, xarici valyutalar olan yüzlərlə qutu aşkar edilib.

Razakın qurduğu fonddakı milyonlarla dolların taleyi bilinmir. Keçmiş baş nazirin fonddan öz hesabına 700 milyon dollar köçürdüyü iddia edilir. Razak iddiaları rədd edir.

Polis basqın edilən evlərin birindən çıxarılan kassanı açmaq üçün çilingər çağırıb. Ümumilikdə evlərdən 284 qutu tapılıb. 72 çantanın içində dollar və zinət əşyaları olub.