“Mayın 9-dək Putini aradan götürməyə çalışacaqlar - Kremldə savaş...-Piontkovski”

“Mayın 9-dək Putini aradan götürməyə çalışacaqlar - Kremldə savaş...-Piontkovski”

13 Aprel 2022 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

“Donbasa hücum cəhdi maksimum iki həftə davam edə bilər və bundan sonra Moskva kimin günahkar olduğuna qərar verəcək...”

“Əgər Rusiya prezidenti Vladimir Putin uğursuzluğa düçar olarsa, onu narahat edən atəşkəsin gələcək sərhədləri deyil, özünün Moskvada məğlubiyyəti olacaq. Donbasa hücum cəhdi Moskvada Rusiyanın uğursuzluqlarında kimin günahkar olduğuna qərar verməklə başa çata bilər”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri rusiyalı publisist Andrey Piontkovski “Ukrayna 24” “YouTube” kanalında tele-aparıcı Nataşa Vlaşenkoya müsahibəsində ifadə edib.

“Kiyev məğlubiyyəti Moskvada haqqında danışdığımız proseslərə gətirib çıxarıbsa, ikincisi onları son həddə çatdıracaq. Ya Putin uğursuzluqlarda bəlkə də təyin etdiyi bu yeni cəlladdan(yeni komandan general A.Dvornikov nəzərdə tutulur-S.L.) başqa, mahiyyətcə bütün hərbçiləri günahlandırmalı və onları aradan qaldırmağa, həbs etməyə çalışmalı olacaq. Yaxud hərbçilər onu qabaqlayıcı zərbə ilə vuracaqlar. Bu cür rejimlərin məntiqi belədir. Avtoritar-faşist tipli rejimlərin.. . Onlar hərbi məğlubiyyətdən sağ çıxa bilmirlər”, - deyə Piontkovski bildirib.

Onun sözlərinə görə, Donbasa hücum cəhdi maksimum iki həftə davam edə bilər və bundan sonra Moskva kimin günahkar olduğuna qərar verəcək.

"Donbasa bütün bu hücum cəhdi - artıq bəziləri bunun başladığını düşünür - maksimum iki həftə davam edəcək. Deməli, mayın 1-nə qədər... Və sonra Moskvada məhz bütün baş verənlərin aydınlaşdırılması üçün mayın ilk həftəsi... Mayın 9-da biz tamamilə fərqli bir bunker görəcəyik. Kimsə günahkar olmalıdır”, - Piontkovski əlavə edib.Moderator.az