Avropa İttifaqı Rusiyanı Kaxov SES-i dağıtmaqda ittiham edib

Avropa İttifaqı Rusiyanı Kaxov SES-i dağıtmaqda ittiham edib

6 İyun 2023 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyində Kaxov SES-in partladılmasından şoka düşdülər və Rusiyanı və "onun kuklalarını" texnogen fəlakətdə günahkar hesab etdilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Tvitterdə yazıb.

"Novokaxov barajına Rusiyanın qəddar və vəhşi hücumundan şoka düşdüm",-deyə o bildirib.

Mişelin sözlərinə görə, mülki infrastrukturun məhv edilməsi birmənalı olaraq hərbi cinayət kimi qiymətləndirilir və Aİ "Rusiyanı və onun kuklalarını məsuliyyətə cəlb edəcək".

Mişel həmçinin bildirib ki, Avropa İttifaqında su altında qalmış rayonlara əlavə yardımın ayrılacağını elan edəcək və bu ay Avropa Şurasının iclasında elektrik stansiyasına ziyan məsələsini qaldıracaqlar.

Əziz Salam