Gürcüstan müxalifəti Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq istəyirdi

Gürcüstan müxalifəti Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq istəyirdi

3 İyul 2023 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda müxalifətin bəzi nümayəndələri PMC Vaqnerin üsyan cəhdi zamanı Abxaziya, Cənubi Osetiya və hətta Soçiyə tanklarla girməyi planlaşdırıblar.

Oxuməni.az xəbər xəbər verir ki, bunu hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Biz xatırlayırıq ki, Milli Hərəkat (Gürcüstan müxalifətinin ümumi adı) Priqojinə necə şüarlar və şeirlər həsr etdi, Onlar Priqojin kimi, tanklarla təkcə Abxaziya və Sxinvaliyə deyil, həm də Soçiyə girməyi planlaşdırırdılar”, – Kobaxidze öz Facebook səhifəsində yazıb.

Siyasətçinin qeyd etdiyi kimi, müxalifət müvafiq imkanlara malik olsaydı, “tanklarla Abxaziya və Sxinvaliyə girmək üçün ilk şansdan istifadə edərdi.

Partiya rəhbəri vurğulayıb ki, Gürcüstanda “ikinci cəbhə” açılsa, onlar da abxazlar və osetinlərlə vuruşmalı olacaqlar.

“Gürcülərin və abxazların, gürcülərin və osetinlərin yenidən bir-birinin qanını tökməsi qəbuledilməzdir. Bu, gələcək nəsillərə qarşı ən böyük cinayət olardı”, – deyə Kobaxidze bəyanatında bildirib.

Əziz Baş Göynüklü