Eks prezident, Nazarbayev Universitetinin və fondun qəyyumlar şurasının rəhbəri statusundan məhrum edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsillə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb. Buna əsasən, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Nazarbayev Universitetinin, Nazarbayev İntellektual Məktəblərinin və Nazarbayev Fondunun Ali Qəyyumlar Şurasının sədri statusundan məhrum edilib. İyunun 29-da bu sənəd Senat tərəfindən təsdiqlənib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Akorda"nın yaydığı məlumatda deyilir.
“Nazarbayev Universitetinin, Nazarbayev İntellektual Məktəblərinin və Nazarbayev Fondunun statusu haqqında” 19 yanvar 2011-ci il tarixli qanun hüquqi status və xüsusi hüquqi rejimini müəyyən edir. Bura Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu daxildir. Bundan əlavə, Ali Qəyyumlar Şurasının sədrinin Qazaxıstan Respublikasının Prezidenti və ya Prezidentin təyin etdiyi şəxs olması nəzərdə tutulur.
Edilən dəyişikliklərdən sonra hazırkı prezident Tokayev adı çəkilən təhsil müəssisələrinin və Nazarbayev Fondunun Ali Qəyyumlar Şurasının sədri olacaq.
Əziz Salamoğlu