Kaset bombalarını Ukraynaya ötürülmək qərarı tənqid edilib

Kaset bombalarını Ukraynaya ötürülmək qərarı tənqid edilib

10 İyul 2023 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ-ın kasetli sursatların Ukraynaya təhvil verilməsi qərarını “oda yanacaq əlavə etmək” adlandırıb.

Diplomat qeyd edib ki, bir çox ölkələr humanitar problemlərə səbəb ola biləcək bu təşəbbüsə qarşı çıxıb.

Almaniya prezidenti Kiyevə kaset sursatlarının tədarükünə mane olmamağa çağırış edib.

"Humanitar məsələlər və hərbi təhlükəsizlik məsələləri balanslaşdırılmış şəkildə həll edilməli, kaset sursatlarının ötürülməsinə təmkin və ehtiyatla yanaşmaq lazımdır", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mao Ning vurğulayıb ki, Pekin həmişə sülh danışıqlarının Ukrayna münaqişəsinə son qoymağın yeganə yolu olduğunu bildirib.

Diplomat əlavə edib ki, münaqişə tərəfləri Ukraynada böhranın kəskinləşməsinə gətirib çıxararaq, “oda yanacaq tökməməli” və ziddiyyətləri daha da gücləndirməməlidir.

Ağ Ev kasetli sursatların Ukraynaya təhvil verildiyini elan edib. Eyni zamanda, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qeyd edib ki, Vaşinqton Ukraynada kasset mərmilərinin istifadəsinin mülki əhali üçün risklər daşıdığını etiraf edib.

Həmin gün ABŞ prezidenti Co Bayden kasetli sursatların adi mərmilərin tükənməsi səbəbindən Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi qərarının verildiyini açıqlayıb...

Murad Şahməmməd