Tramp Ukrayna ilə bağlı sürpriz açıqlama verib
2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsəm, Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə etmək niyyətindəyəm.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Zelenski ilə müqavilə bağlamaq üçün Putinlə əlaqə saxlayacağam. Bu, çox tez baş verəcək”, – deyə Tramp Fox News-a müsahibəsində deyib. - Zelenskiyə deyərdim: “Bəsdir, razılaşmaq lazımdır”.
Tramp Rusiyanın sülh sazişinə razılığını necə alacağı ilə bağlı suala cavabında deyib:
“Mən Putinə deyəcəyəm: “Əgər siz sülh müqaviləsi bağlamasanız, biz onlara-Ukraynaya daha çox silah verəcəyik. Mən bir gün ərzində onları sülh müqavilsi imzalamağa məcbur edəcəyəm”.
Əziz Salamoğlu
Digər xəbərlər