MKİ rəhbəri: Ukrayna ordusunun əks-hücumu cətin və ağır prosesdir

MKİ rəhbəri: Ukrayna ordusunun əks-hücumu cətin və ağır prosesdir

21 İyul 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusunun hücumunun ləng tempi heç kəsi təəccübləndirməməlidir, çünki bu, çətin prosesdir: hücum etmək müdafiə olunmaqdan qat-qat çətindir

Oxuməni.az xəbər verir ki, bunu CIA rəhbəri Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

“Rusların təkcə Ukraynanın cənubundakı Zaporojyedə uzunmüddətli müdafiəni deyil, həm də kifayət qədər böyük və sıx mina sahələrini hazırlamaq üçün bir neçə ay vaxtı var idi. Beləliklə, bu bir az vaxt aparacaq və irəliləyiş asan olmayacaq”, - deyə Börns əlavə edib.

Börns PMC Wagner-in hərəkətlərini şərh edərkən deyib: "Bayden əvvəlcədən bildiyimizi deyəndə bunu qısa şəkildə ifadə etdi. Priqojin ətrafında baş verənlər Rusiya tarixində onun son 30 ildə gördüyü “ən həyəcanlı” epizoddur".

Əziz Baş Göynüklü