ABŞ senatoru İranın yer üzündən silinməsini istəyir
Amerikalı senator Lindsey Graham İrandakı hədəflərə zərbə endirməyə çağırıb.
“Husilər tamamilə İrandan asılıdır. Mən altı aydır deyirəm ki, İranı darmadağın edin. Onların neft yataqları, kosmosdan görünən İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı var. Onu yer üzündən silin”, – Qrem Fox News-da deyib.
Senator, həmçinin Yaxın Şərqdə eskalasiyanın səbəbinin ABŞ-ın “zəifliyi” olduğunu qeyd edib və əmin olduğunu bildirib ki, Vaşinqton “almanları və yaponları” məğlub etdiyi kimi Husiləri məğlub etməyə borcludur.
Husilər 2015-ci ildən Yəməndə hakimiyyətə nəzarət edən silahlı şiə qruplaşmasıdır. İran tərəfindən maliyyələşdirilir və dəstəklənir. Noyabrın sonunda husilər “Qəzza zolağında İsrailin təcavüzünə” cavab olaraq Qırmızı dənizdəki bütün İsrail gəmilərini batıracaqlarını bildirmişdilər. Həmin gün onlar göyərtəsində 22 nəfərin olduğu yük gəmisini ələ keçirə biliblər. Gəmilərə davamlı hücumlar səbəbindən aparıcı daşıyıcılar adi marşrutlarını dəyişməli olublar ki, bu da qlobal ticarət və təchizat zəncirlərinə təsir edib. Birləşmiş Ştatlar husilərin hərəkətlərinə cavab olaraq Qırmızı dənizdə Rifahın Keşikçisi əməliyyatı elan edib. Onun məqsədi su zonasında naviqasiya təhlükəsizliyini təmin etməkdir.
Oxuməni.az