Qazprom Özbəkistana qaz tədarükünü ikiqat artırır
Özbəkistan hökumətinin xahişindən sonra “Qazprom” Rusiya qazının Özbəkistana tədarükünü iki dəfə artırıb. Bu barədə şirkətin rəhbəri Aleksey Miller dekabrın 26-da Rusiya prezidenti Vladimir Putinlə görüşdə məlumat verib.
“Dekabrda Özbəkistana da şaxtalar gəldi və bizim özbək dostlarımız və həmkarlarımız Özbəkistana qaz tədarükünü iki dəfə artırmağı xahiş etdilər”, - Miller deyib.
Qazaxıstan vasitəsilə Özbəkistana qaz idxalı oktyabrın 7-dən başlayıb. Qaz kəmərinin tikintisinin özü üç prezidentin tapşırığı ilə baş tutub. Mavi yanacağın alınması ilə bağlı müqavilə iki il müddətinə imzalanıb. İlkin hesablamalara görə, ildə təxminən 2,8 milyard kubmetr qazın alınması planlaşdırılır.
Oxuməni.az
Digər xəbərlər