Konqres üzvlərinin süni intellekt proqramından istifadəsi qadağan edilib

Konqres üzvlərinin süni intellekt proqramından istifadəsi qadağan edilib

31 Mart 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin “Copilot” süni intellekt proqramından istifadəsi qadağan edilib. Kibertəhlükəsizlik idarəsi bu addımı şəxsi məlumatların oğurlanması riski ilə izah edib. Palata məsələni şərh etməyib.

Qeyd edək ki, “Copilot” süni intellekt proqramı “Microsoft” şirkətinin məhsuludur.