ABŞ Almaniyanın təhlükəsizliyini təmin edəcək
ABŞ Almaniyada daha çox strateji silahlar, o cümlədən hazırlanmaqda olan hipersəs raket sistemləri yerləşdirəcək, Ağ Ev bildirib.
Vaşinqton və Berlinin birgə bəyanatında deyilir: “Birləşmiş Ştatlar 2026-cı ildə Almaniyada uzunmənzilli silahların gələcəkdə daimi yerləşdirilməsi planının bir hissəsi kimi vaxtaşırı yerləşdirməyə başlayacaq”
Söhbət “Standard Missile-6” yer-hava raketlərindən, “Tomahawk” qanadlı raketlərindən və “Avropadakı hazırkı yerüstü silahlardan əhəmiyyətli dərəcədə daha geniş diapazona” malik hipersəs silahlarından gedir.
"Bu qabaqcıl imkanların tətbiqi ABŞ-ın Şimali Atlantika Alyansına sadiqliyini və onun Avropanın çəkindirici kompleksinə verdiyi töhfəni nümayiş etdirəcək", - bəyanatda vurğulanır.
Oxuməni.az
Digər xəbərlər