BMT-də Rusiyanın işğalçılıq siyasətin əleyhinə qətnamə qəbul edilib

BMT-də Rusiyanın işğalçılıq siyasətin əleyhinə qətnamə qəbul edilib

12 İyul 07:22
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Baş Assambleyası Rusiya qoşunlarının Zaporojye vilayətindəki Atom Elektrik Stansiyasının (AES) ərazisindən çıxarılmasını və obyektin Ukrayna hakimiyyətinin nəzarətinə verilməsini tələb edən qətnaməni qəbul edilib. Bu barədə RİA Novosti yazır.

Agentliyin məlumatına görə, sənədin qəbuluna 99 ölkə səs verib. Doqquz ölkə qətnaməni dəstəkləməkdən imtina edib, daha 66 dövlət isə bitərəf qalmaq qərarına gəlib. Eyni zamanda, BMT Baş Assambleyasının qətnamələrinin hüquqi qüvvəsi yoxdur və bu baxımdan onlar Təhlükəsizlik Şurasının qətnamələrindən fərqlənirlər.

Materialda qeyd olunur ki, sənədin mətnində Moskvanın Zaporojye Atom Elektrik Stansiyasının ərazisindən qoşunları çıxarmaq və onu Kiyevin nəzarəti altına keçirmək tələbləri açıqlanıb. Bundan əlavə, Rusiya Federasiyasına stansiyanın perimetri boyunca quraşdırıldığı iddia edilən piyada əleyhinə minaları məhv etməyə çağırılıb.

Oxuməni.az