Müharibə başlayandan bəri ABŞ Ukraynaya 53,7 milyard dollar məbləğində yardım ayırıb
ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra 225 milyon dollar məbləğində əlavə yardım paketi açıqladı. Paketə Patriot hava hücumundan müdafiə sistemləri, həmçinin Himars MLRS üçün sursat, Stinger zenit raketləri daxil edilib.
ABŞ Müdafiə Nazirliyinin saytındakı mətbuat şərhinə görə, bu yardım paketi 2021-ci ilin avqustundan bəri 61-ci yardım paketidir. Buraya hava hücumundan müdafiə sistemləri, raket sistemləri və artilleriya üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar daxildir:
Bir Patriot batareyası;
NASAMS hava hücumundan müdafiə sistemləri üçün sursat;
Stinger zenit raketləri;
Himars MLRS üçün döyüş sursatı;
155 və 105 mm çaplı artilleriya mərmiləri;
Optik izlənilən məftillə idarə olunan (TOW) raketlər;
Javelin və AT-4 tank əleyhinə sistemlər; atıcı silahlar üçün sursat;
texniki qulluq üçün ehtiyat hissələri və digər köməkçi avadanlıqlar.
2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ABŞ Ukraynaya 53,7 milyard dollar məbləğində yardım ayırıb. 2025-ci ildə isə Ukraynaya 40 milyard avro məbləğində yardım ediləcək.
Oxuməni.az