Qərara görə 500 qonur ayı məhv ediləcək
Rumıniya Parlamenti qorunan növlərin “həddən artıq populyasiyasına” nəzarət etmək məqsədilə bu il 500-ə yaxın qonur ayının məhv edilməsini təsdiqləyib.
Rumıniya keçən həftə Karpat dağlarında ayı hücumunda ölən turistdən sonra 500 qonur ayının məhv edilməsinə icazə verib.
Ətraf Mühit Nazirliyinin məlumatlarına görə, Rumıniya 8 min sayı ilə Rusiyadan sonra Avropada ən çox qonur ayıya ev sahibliyi edən ölkədir.
Ötən həftə 19 yaşlı turist ayı hücumu nəticəsində həlak olub. Hadisədən sonra Rumıniyanın baş naziri parlamentin təcili iclasını çağırıb.
Millət vəkilləri mərhum gəncin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və boz ayı populyasiyasına nəzarət etmək üçün yeni qanunu təsdiqləyiblər…
Oxuməni.az
Digər xəbərlər