Karlson yenə Putini müdafiə edib
Jurnalist Taker Karlson “The Wall Street Journal” qəzetinə fevralda verdiyi müsahibədən sonra Rusiya prezidenti Vladimir Putinlə şəxsi söhbəti haqda danışıb.
Karlsonun sözlərinə görə, o, Rusiya Federasiyasının rəhbəri ilə “çəkiliş qrupundan və mühafizəçilərdən uzaqda” danışa bilib. Jurnalist Putinin Ukraynadakı münaqişənin nüvə döyüşünə çevrilməsi perspektivindən narahat olduğunu bildirib. Prezident həmçinin 2022-ci ilin fevralından ABŞ prezidenti Co Baydenlə əlaqə saxlaya bilməməsindən məyus olduğunu bildirib. Bundan əlavə, Putin bəyan edib ki, Amerika administrasiyasında “Ukraynada kökləri olan” və sülh səylərinə mane olan üzvlər var.
WSJ ilə söhbətində Karlson qeyd edib ki, Putin demokrat deyil, Rusiya isə jurnalistin fikrincə, “böyük qəddarlığa qadir olan avtoritar ölkədir”. Eyni zamanda, o hesab edir ki, Ukraynada hərbi əməliyyatlar qonşu ölkənin NATO-ya daxil olması perspektivlərindən danışaraq Rusiyanı buna sövq edən“itələyən” ABŞ-ın günahı ucbatından başlayıb.
Oxuməni.az