ITA Airways Tel-Əvivə uçuşların dayandırılmasını uzadıb
İtaliyanın “ITA Airways” aviaşirkəti “Yaxın Şərqdəki hadisələrə görə” Təl-Əvivə uçuşların dayandırılmasını avqustun 10-dək uzadıb. Bu barədə şirkətin X (keçmiş Twitter) səhifəsində deyilir.
“Yaxın Şərqdə dəyişən geosiyasi vəziyyət fonunda, İTA Airways sərnişinlərin və ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün Tel-Əvivə uçuşların dayandırılmasını avqustun 10-na qədər uzatmağa məcburdur”, - bəyanatda deyilir. Avqustun 6-dək uçuşların dayandırılacağı daha əvvəl açıqlanmışdı.
İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsrailə, eləcə də Livana səfərlərini təxirə salmağı tövsiyə edib. ITA Airways Beyruta uçuşlar həyata keçirmir.
İyulun 30-da İsrail ordusu Livanın paytaxtı Beyruta hücum elan edib və Fuad Şokrun əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib. İsrail ordusunun məlumatına görə, Şokr Hizbullah lideri Həsən Nəsrullahın ən yaxın adamlarından biri olub və hərəkatın hərbi təşkilatlanmasında strateji məsələlərə, o cümlədən raket silahlarına cavabdeh olub.
Oxuməni.az