Gürcüstanda LGBT əleyhinə qanunun qəbulundan sonra tanınmış transseksual qadın öldürülüb

Gürcüstanda LGBT əleyhinə qanunun qəbulundan sonra tanınmış transseksual qadın öldürülüb

20 Sentyabr 08:36
Bəyəndim (0) Bəyənmədim (0)


Gürcüstanın ən tanınmış transgender qadınlarından biri çərşənbə günü Tbilisidəki evində öldürülüb. Bu, ölkə parlamentinin LGBT əleyhinə mübahisəli qanun layihəsini qəbul etməsindən bir gün sonra baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 37 yaşlı Kesaria Abramidze ölümcül bıçaq xəsarətləri alıb.

Cinayət törətməkdə şübhəli bilinən 26 yaşlı gənc saxlanılıb. Gürcüstan mediası onun qurbanı tanıdığını yazıb.

.Gürcüstan parlamentinin qəbul etdiyi qanun eynicinslilərin nikahına, cinsiyyətin təsdiqi əməliyyatlarına, uşaqların qeyri-heteroseksuallar tərəfindən övladlığa götürülməsinə və məktəblərdə eynicinsli münasibətlərin “təbliğatına” qadağa qoyur.

Hakim partiya bildirib ki, “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi “LGBT təbliğatından” qorunmaq istəyən gürcülərin əksəriyyəti üçün nəzərdə tutulub.

Avropa İttifaqı rəsmiləri artıq qanunu pisləyib və bildiriblər ki, bu, ölkənin Aİ-yə daxil olmaq məqsədini daha da təhlükə altına qoyur. Onlar Gürcüstan hökumətini sənədi geri götürməyə çağırıblar.

Oxuməni.az